Malayziyada açılacaq sərgi öncəsi Səfirlikdə görüş keçirilib 

16:25 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün “Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin Direktoru İslam Baxşəliyev, "Həyat" xeyriyyə fondunun rəhbəri Hacı Nuran və bir qrup azərbaycanlı rəssamla Malayziyanın ölkəmizdəki səfirliyində görüş keçirilib.
 
 
Hafta.az-ın yazdığına görə, görüşdə 9-16 may tarixlərində Malayziyada keçiriləcək “The Art of Diplomacy” (“Diplomatiya sənəti”) adlı sərgidə azərbaycanlı rəssamların iştirakına dəstək kimi məsələlər müzakirə olunub.
 
 
Mərkəzin direktoru İslam Baxşəliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, 9-16 may tarixlərində “Dirçəliş” Mərkəzi tərəfindən Malayziyada keçiriləcək “Diplomatiya sənəti” adlı sərgi ilə bağlı ətraflı məlumat bölüşmək imkanı yaratdığına görə Səfirliyin Müvəqqəti işlər vəkilinə minnətdarlığını bildirib.
 
 
Səfirlik öz növbəsində Malayziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bu sərgidə azərbaycanlı rəssamların iştirakına dəstək verməyə hazır olduğunu bildirib.